AZ

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni tam təqaüdlü tədris dalğasının qeydiyyatına başlayır

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsalİnkişaf Agentliyinin və İsrailin “Technion” Texnologiya İnstitutuilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yaxıngünlərdə kibertəhlükəsizlik sahəsində yeni tam təqaüdlü tədrisdalğası üçün qeydiyyata start verəcək.

Mərkəz ilk dəfə iştirakçılara unikal fürsət təqdim edir. Beləki, proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticəgöstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcılşirkətlərdə təcrübə şansı qazanacaq.

Proqram rəqəmsal bacarıqlarını inkişaf etdirmək,kibertəhlükəsizlik sahəsində beynəlxalq səviyyəli biliklər qazanmaqvə gələcəyin peşəkarları sırasında yer almaq istəyən gənclər üçünnadir imkan yaradır. Təlimlər “Technion” Texnologiya İnstitutununakademik heyəti tərəfindən aparılacaq və həm nəzəri bilikləri, həmdə real mühitdə praktiki məşğələləri əhatə edəcək.

Qeydiyyat yaxın günlərdə başlayır — fürsəti qaçırmayın vərəqəmsal gələcəyin bir parçası olun!

Seçilən
23
6
az.trend.az

7Mənbələr