Bakı. Trend:
Azərbaycanın bank sektorunda müşahidə olunan son meyllər və yeniçağırışlar müzakirə olunub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbərverir.
Belə ki, Mərkəzi Bankın sədrinin birinci müavini ƏliyarMəmmədyarov Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətiningeniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşkeçirib.
Görüş çərçivəsində cari ilin üçüncü rübü üzrə bank sektorununfəaliyyət nəticələri, sektorda müşahidə olunan son meyllər və yeniçağırışlar müzakirə olunub.
Görüşdə həmçinin qarşıdakı dövr üçün bank sektorunda tənzimləmə vənəzarət sahəsində strateji hədəflər barədə məlumatlar təqdimedilib, eləcə də sektorun gündəmində olan digər məsələlər üzrəfikir mübadiləsi aparılıb.