AZ

Türkiyə məhkəməsi 78 nəfərin öldüyü otel yanğını ilə bağlı qərar verib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bolu 1-ci Ağır Cəza Məhkəməsində “Grand Kartal” otelində 78 nəfərin həyatını itirdiyi, 137 nəfərin yaralandığı yanğınla bağlı məhkəmə prosesi başa çatıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, aralarında otelin sahibi və bələdiyyə rəsmilərinin də olduğu, 20-i həbsdə olmaqla, ümumilikdə, 32 nəfərin mühakimə olunduğu iş üzrə qərar açıqlanıb.

Məhkəmənin hökmünə əsasən, otelin sahibi Halit Ergül də daxil olmaqla 11 təqsirləndirilən şəxs 34 uşağın ölümünə görə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd olunur ki, təqsirləndirilən şəxslərin cəzasında heç bir güzəşt tətbiq olunmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
apa.az

4Mənbələr