İngiltərənin "Çelsi" klubunun zədəli futbolçusu Koul Palmer UEFA Çempionlar Liqasının IV turunda "Qarabağ"la oyunda iştirak edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Enso Mareska Premyer Liqanın X turunun "Tottenhem"lə matçından əvvəl keçirilən mətbuat konfransında deyib.
"Onunla səhər yeməkxanada görüşdüm və gələn həftə komandaya qayıtmalı olduğunu dedim. O, buna gülərək reaksiya verdi. Ümid edirəm ki, tezliklə qayıdacaq", - deyə Mareska bildirib.
Qeyd edək ki, "Qarabağ"la "Çelsi" noyabrın 5-də, Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcək.