AZ

"Cəbrayıl"ın turnir cədvəlindəki mövqeyi heç kimi aldatmasın" - Röyal Nəcəfov

1-ci Liqanın iddialılarından olan "Baku Sportinq" 7-ci turda "Cəbrayıl"ı qəbul edəcək. Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Cəbrayıl"ın turnir cədvəlindəki mövqeyi heç kimi aldatmasın. Əslində, rəqib yaxşı formalaşmış və son vaxtlar oyun planında inkişaf etmiş komandadır. Digər matçlara olduğu kimi, bu qarşılaşmaya da səylə hazırlaşırıq. Məqsədimiz hər oyunda yaxşı futbol sərgiləyib uğurlu nəticə qazanmaqdır. Hazırda biz də yaxşı formadayıq. Oyunumuzda yüksəliş var. İnanırıq ki, bu qarşıdakı matçın nəticəsinə də təsir edəcək. Yaxşı oyun fonunda uğurlu nəticəyə köklənmişik".

Qeyd edək ki, "Baku Sportinq" - "Cəbrayıl" qarşılaşması noyabrın 5-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.

Nihat  

Seçilən
13
1
fanat.az

2Mənbələr