AZ

Dyedonne Kvebe: Bu gün hindlilər artıq kolonializmdən danışmırlar

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Əgər müstəqillikdən 65 il sonra biz hələ də kolonizasiyadan danışmaq və kolonializmə qarşı mübarizə aparmaq məcburiyyətindəyiksə, deməli, müstəqillik dövründə nəsə baş verib. Əgər müstəqillik uğurlu olsaydı, bu gün artıq kolonializmdən danışmazdıq".

Oxu.Az xəbər verir ki, bunu tədqiqatçı jurnalist Dyedonne Kvebe Bakıda "Belçikanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, bu gün hindlilər artıq kolonializmdən danışmır:

"Onlar bu dövrü bağlayıblar, keçmişlə hesabı kəsiblər. Bəs nə baş verdi? Konqo məsələsi nədən ibarətdir? Çünki bu, doğrudan da, xüsusi bir haldır. Bu məsələ ödənilməmiş bir borc məsələsidir. Təsəvvür edin, siz banka gedirsiniz, sizə kredit verilir, amma siz borcu qaytarmırsınız. Bankir gəlir, ya avtomobilinizi, ya da evinizi alır. Bəs bu bankir kim idi? Onlar kreditorlardır - yəni İkinci Leopoldun kreditorları, London, Hannover, Hamburq və Sürix bankirləri. Məhz onlar Mərkəzi Afrikada dövlət yaratmaq üçün 25 milyard dollar borc vermişdilər. Yəni onlar borc verənlər idi, borclu isə Leopoldun özü idi. Amma bu qədər böyük bir məbləği kapitalist məntiqi ilə götürüb, empirik, xaotik və resurslara əsaslanan iqtisadiyyatla qaytarmaq mümkün deyildi. Yəni bu, reallıqda imkansız idi.

Leopoldun etdiyi ən böyük səhv - kapitalist iqtisadiyyatla borc götürüb, empirik iqtisadiyyatla onu qaytara biləcəyinə inanmaq idi. Lakin bunu çox gec anladılar. Kreditorlar nə etdilər? Onlar bu pulu kvantlaşdırdılar, yəni müəyyən formullara, sistemlərə saldılar. Hər gün kreditorlar toplanırdılar, vəziyyəti müzakirə edirdilər. Borc artıq Leopoldun məsuliyyəti deyildi, çünki kreditorlar beynəlxalq idi - hollandlar, fransızlar, almanlar, amerikalılar, hamısı bu işin içində idi. Bəs nə etdilər? Dedilər: "Yaxşı, gəlin bu işi bölüşdürək" Sonra qərara gəldilər: "Xeyr, biz kreditorlar kimi bir ittifaq yaradaq və bu məsələni idarə edək. Kim idarə edəcək? Necə idarə edəcək?" Belçikaya tapşırdılar. Ancaq Belçika da bu iş üçün müəyyən ödəniş alacaqdı. Bu, sanki bir anonim şirkətin idarə heyətinin sədri kimidir. Bu şirkətə ad qoyaq - Comobel. Və həmin idarə heyətinin sədri dedi: "Bu, siyasətdir." Borcu ödəmək üçün 52 il lazım idi. Borc ödənməli idi - və biz bunu edəcəyik, dedilər".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
oxu.az

1Mənbələr