Axsham.az saytına istinadən ain.az xəbər verir.
"Şadlıq saraylarındakı administratorlar müğənnilərin çörəyinə bais olurlar".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Eldəniz Məmmədov "Xəzər axşam"ı proqramında deyib. Sənətçi onu toy məclislərindən uzaqlaşdıran restoran işçilərindən danışıb:
"Toy sahibi müğənnini istəyir. Onlar isə deyir ki, bizim məkanda ancaq bu ifaçılar olar, başqaları yox. Bu yaxınlarda başıma belə iş gəldi. Toy sahibi məni istəyib, şadlıq sarayından isə deyiblər ki, sənətkarımızdır, amma olmaz. Formatımıza uyğun gəlmir".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.