Aktual.az xəbər verir ki, bu barədə müxalifət partiyasının nümayəndəsi Con Kitoka AFP-yə deyib.
Onun sözlərinə görə, Dar əs-Salamda ölənlərin sayı təxminən 350, Mvanzada isə 200-dən çoxdur:
"Ölkənin digər bölgələrindəki rəqəmləri də əlavə etsək, ümumi say təxminən 700 nəfərə çatır. Bizim hökumətə mesajımız budur: etirazçıları öldürməyi dayandırın, polis zorakılığını dayandırın, xalqın iradəsinə, seçki ədalətinə hörmət edin”.