"Qarabağ" - "Çelsi" oyunu üçün bilet satışı davam edir.
"Yeni Sabah" xəbər verir ki, artıq 27 250 bilet satılıb.
Hazırda məhdud sayda bilet qalıb. Onlar yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. pizza hut
Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.
Xatırladaq ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
Telegram kanalımız
 
                        