Gəncədə avtomobil yanıb.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə hadisə şəhərin Pasyolka adlanan ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik maşınında anidən yanğın olub.
Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.