ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
1-ci Liqanın iddialılarından olan 7-ci turu daha bir maraqlı oyuna səhnə olacaq. Liqanın şəriksiz lideri "Şəfa" səfərdə çempionluq uğrunda mübarizə aparan "Mingəçevir"lə üz-üzə gələcək. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb "işıqçılar"la görüşdən nə gözlədiyini soruşduq.
33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Mingəçevir yaxsı təşkilatlanmiş, əzmkar və keyfiyyətli komandadır. Rəqib də çempionluğa iddialıdır. Bizi çox çətin səfərin gözlədiyini bilirik. Biz də yaxşı formada olan və inamlı komandayıq. Məqsədimiz hər oyunda olduğu kimi, bu matçda da qələbə qazanmaqdır. "Mingəçevir"lə səfər görüşü 6 xallıq oyundur. Qələbə qazanaraq ilk pilləni əldən verməməyə çalışacağıq".
Qeyd edək ki, "Mingəçevir" - "Şəfa" qarşılaşması noyabrın 5-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.
Nihat
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.