AZ

Yaddaşı gücləndirən 8 əsas vitamin:Beynin qocalmasının qarşısını alırlar

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Yeni araşdırmalar beynin qocalma prosesinin 40 yaşdan etibarən başladığını ortaya qoyub. Mütəxəssislər bildirirlər ki, Omega-3, B12, D vitamini və folat kimi mühüm qida maddələrini müntəzəm qəbul etmək yaddaşın güclü qalmasına və zehni aydınlığın qorunmasına kömək edir.

Milli.Az xəbər verir ki, "ScienceDirect" platformasında dərc olunan tədqiqatda qeyd edilir ki, 40-50 yaş aralığı beynin struktur və metabolik dəyişikliklərə məruz qaldığı ən kritik dövrdür. Bu dəyişikliklər diqqət, yaddaş və emosional sabitlik üzərində təsir göstərir.

Sağlamlıq alimi Olli Uitbi bildirib ki, "yediklərimiz və həyat tərzimiz beyin hüceyrələrinin fəaliyyətinə və özünü bərpaetmə qabiliyyətinə birbaşa təsir edir."

Beyin sağlamlığını dəstəkləyən 8 vacib qida maddəsi

1. Omeqa-3 yağ turşuları

Beyin hüceyrələrinin quruluşunu qoruyur, iltihabı azaldır, yaddaşı gücləndirir.

Mənbələr: Qızılbalıq, sardina, skumbriya, çia və kətan toxumu, qoz.

2. B12 vitamini

Sinir sistemi və enerji istehsalı üçün vacibdir. Çatışmazlıq yaddaş zəifləməsinə gətirib çıxara bilər.

Mənbələr: Yumurta, ət, toyuq, balıq, zənginləşdirilmiş bitki südləri.

3. Folat (B9 vitamini)

Beyin və damar sağlamlığını dəstəkləyir.

Mənbələr: İspanaq, mərcimək, noxud, avokado, tam taxıl məhsulları.

4. D vitamini

Yalnız sümüklər üçün deyil, həm də idrak funksiyaları üçün əhəmiyyətlidir.

Mənbələr: Günəş işığı, yumurta sarısı, balıq, süd məhsulları.

5. E vitamini

Antioksidant təsir göstərir və Alzheimer kimi xəstəliklərdə idrakın zəifləməsini yavaşlada bilər.

Mənbələr: Badam, fındıq, zeytun yağı, yaşıl yarpaqlı tərəvəzlər.

6. Xolin

Yaddaş və öyrənmədə rol oynayan asetilkolin maddəsinin yaranması üçün vacibdir.

Mənbələr: Yumurta sarısı, qaraciyər, soya, kinoa, gül kələmi.

7. Maqnezium

Sinir sisteminin normal fəaliyyəti və stressə qarşı dayanıqlıq üçün gərəkdir.

Mənbələr: Balqabaq toxumu, badam, tünd şokolad, mərcimək.

8. Polifenollar

Beyin hüceyrələrini oksidləşdirici stressdən qoruyur, qan dövranını yaxşılaşdırır.

Mənbələr: Qaragilə, çiyələk, nar, alma, yaşıl çay, zerdeçal.

Mütəxəssislər bildirirlər ki, zehni sağlamlığı qorumaq yalnız xəstəliklərin qarşısını almaq deyil, həm də yaşlandıqca yaddaşı, yaradıcılığı və emosional sabitliyi saxlamaq deməkdir.

Orta yaşlardan etibarən düzgün qidalanma və aktiv həyat tərzi beyni daha gənc və çevik saxlamağa kömək edir.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
3
news.milli.az

4Mənbələr