AZ

“Uembli” və “Kamp Nou” Çempionlar Liqasının finalına ev sahibliyi etməyə əsas namizəddir

Bakı, 31 oktyabr, AZƏRTAC

2029-cu ildə keçiriləcək Çempionlar Liqasının finalına ev sahibliyi etməyə iki stadion əsas namizəddir.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bunlar İngiltərənin paytaxtı Londonda yerləşən “Uembli” və “Barselona”nın ev matçlarını keçirdiyi “Kamp Nou” stadionudur.

Yekun qərar 2026-cı ilin sentyabrında veriləcək.

Həmçinin, Almaniyanın “Bavariya” komandasının doğma stadionu “Alyans Arena” 2028-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək niyyətindədir.

 

Seçilən
0
1
azertag.az

2Mənbələr