AZ

Dəfələrlə zolaq dəyişən sürücü qəzanın bir addımlığından döndü VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 31-də saat 08:25 radələrində Əsəd Əhmədov küçəsində qeydə alınıb.

Kadrdan göründüyü kimi, 77-RH-100 dövlət nömrə nişanlı “Jetour” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan sağa keçib. Daha sonra anidən sola manevr edən sürücü həmin zolaqdakı “KIA” markalı avtomobilə qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən sürücü vaxtında reaksiya göstərərək qəzanın qarşısını alıb.

Qeyd edək ki, sürücü sıxlıqdan yayınmaq məqsədilə əvvəlcə sağ zolağa keçib, lakin düzgün yerləşmədiyi üçün yenidən sola manevr edib.

Belə hərəkətlər yol hərəkəti mədəniyyətinə ziddir və ciddi təhlükə yaradır. Zolaq dəyişməzdən əvvəl ətrafdakı avtomobillərin məsafəsini və sürətini qiymətləndirmək, siqnal vermək və hərəkəti yalnız tam təhlükəsiz olduqda icra etmək qaydaların əsas tələblərindəndir.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
avtosfer.az

1Mənbələr