AZ

Qazaxıstanda nadir torpaq metallarının hasilatı və emalı layihələrinə 1 milyard dollar ayrılacaq

Astana, 31 oktyabr, AZƏRTAC

“Qazaxıstan İnkişaf Bankı” SC 2025-2030-cu illər üçün nadir torpaq metalların və kritik vacib materialların hasilatı və emalı layihələrinin maliyyələşdirilməsi proqramına start verir.

AZƏRTAC bankın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi maliyyələşdirmə həcmi 1 milyard dollar təşkil edəcək.

Yeni proqram nadir torpaq metallarının və kritik vacib materialların emalı sahəsində dağ-metallurgiya layihələrinin həyata keçirilməsi üzrə vasitə kimi xidmət etmək üçün nəzərdə tutulub.

Onun məqsədi Qazaxıstan iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən bir sektorda investisiya layihələri həyata keçirən orta və iri sahibkarlığı dəstəkləməkdir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

 

Seçilən
40
1
azertag.az

2Mənbələr