AZ

Ərdoğan İrəvana gedəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakı ilə bağlı hələlik konkretlik yoxdur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından RİA Novosti-yə bildirilib.

Qərarın tədbirin tarixinə yaxın bir zamanda verilməsi gözlənilir.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentlərinin gələn ilin yazında keçiriləcək VIII Avropa Siyasi Birliyinin sammitində iştirak etmələri üçün İrəvana dəvət olunduqlarını deyib.

 

 

 

Seçilən
4
1
xezerxeber.az

2Mənbələr