AZ

“Qarabağ”a qarşı oynaya bilməyəcək

A seriyasında “İnter” üzərində qələbə (3:1) “Napoli”yə baha başa gəlib.

"Football-plus.az" xəbər verir ki, komandanın aparıcı oyunçularından Kevin De Bruyne uzun müddətə sıradan çıxıb.

İtaliya klubunun rəsmi saytının yaydığı xəbərə görə, “İnter”ə penalti ilə qol vurarkən zədə alan belçikalı yarımmüdafiəçinin əzələsində yüksək dərəcəli yırtıq aşkarlanıb. De Bruyne artıq bərpa proqramına başlayıb. Yerli mənbələr əzələsi ciddi şəkildə zədələnən futbolçunun bir neçə aylıq sıradan çıxdığını yazib. Onun 2026-cı ilin əvvəlinə qədər meydana çıxa bilməyəcəyi gözlənilir. 34 yaşlı futbolçu bu mövsüm “Napoli”nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Xatırladaq ki, “Napoli” Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biridi. Komandalar arasında oyun noyabrın 25-də Neapolda keçiriləcək. Bu isə o deməkdi ki, Kevin ağdamlılarla matçda komandasına kömək edə bilməyəcək.

Seçilən
14
1
football-plus.az

2Mənbələr