Missiya.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili zalım və əsalətsiz adlandırıb.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, o bu barədə “Qlobal Yenidənqurma: Köhnə Nizamdan Yeni Reallıqlara” mövzusunda keçirilən IX TRT World Forumunda açılışında danışıb.
"İsrailin nüvə silahı və ən güclü bombası var. İsrail istədiyi vaxt Qəzzanı vurmaq imkanına sahibdir. İsrailin özü zalımdır, necə məzlum ola bilər? Yaşadığımız hər gün daha daha əhatəli qlobal sistem qurmaq zərurətini ortaya qoyur. Müharibələr, münaqişələr, bərabərsizlik və ədalətsizlik faktiki olaraq bəşəriyyətin gündəminə hakim olub. Təəssüf ki, İkinci Dünya Müharibəsinin qaliblərinin qurduğu mövcud sistem bu günün reallıqları və tələbləri ilə bir araya sığmır",- Ərdoğan qeyd edib.
İlahə Qənbərli
Missiya.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.