AZ

AB ABŞ ticarət nazirini Brüsseldə danışıqlara dəvət edib

AB ABŞ ticarət nazirini Brüsseldə danışıqlara dəvət edib

Avropa Birliyi (AB) ABŞ ticarət naziri Hovard Latniki Brüsseldə Avropa həmkarları ilə keçiriləcək danışıqlara dəvət edib.

AFN.az "Politico"ya istinadən xəbər verir ki, görüş 24 noyabrda Belçika paytaxtında baş tutmalıdır. Nəşr bu məlumat Danimarkadan olan rəsmi şəxslərə istinadla verib. Qeyd edək ki, Danimarka bu ilin sonuna qədər AB Şurasına sədrlik edir.

Latnikin hələ rəsmi olaraq iştirakını təsdiqləmədiyi bildirilir.

Nəşrin məlumatına görə, ABŞ nazirinə birgə dəvət Danimarka və Avropa Komissiyası tərəfindən hazırlanıb və bu addım Çinlə nadir torpaq metalları üzrə son ixrac nəzarət tədbirləri ilə bağlı fikir ayrılıqları fonunda atılıb. Bu tədbirlər Vaşinqton, Pekin və Brüsselin münasibətlərini yenidən formalaşdırır.

Dəvət bir neçə ay ərzində hazırlanıb və Brüssel ilə Vaşinqton hələ də iyul ayında Şotlandiyada ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Layen tərəfindən götürülmüş öhdəlikləri yerinə yetirir. AB hələ də Vaşinqtondan xüsusən spirtli içkilər və kimyəvi məhsullar üzrə tarifləri ləğv etməsini tələb edir. Brüssel həmçinin ABŞ-ın polad məhsullarına tətbiq olunan 50%-lik tarif siyahısının genişləndirilməsindən narahatdır.

Seçilən
48
afn.az

1Mənbələr