AZ

Ağ çörək yeyək, ya qara? -Ekspert AÇIQLADI

İnsanlar gündəlik həyatlarında adətən ağ çörək, tam buğda çörəyi, eləcə də lavaş və ya təndir çörəyindən istifadə edirlər.

Bəs qida qəbulu baxımından bu çörəklərdən hansı daha faydalıdır?

Qida eksperti İlkin Şironov Redaktor.az-a bildirdi ki, ağ un istifadə edilən zaman artıq kəpəkli, lifli hissələri çıxarılır:

"Ağ unda boş kalori qalır. Qara unun tərkibindən isə heç bir kalori çıxarılmır. Yəni bu, işlənməmiş un sayılır. Bu baxımdan, qara undan və yaxud ağ undan hazırlanmış çörəkləri müqayisə etdikdə, ağ un yalnız və yalnız boş enerji verir. Ürək-damar problemləri olanlar ağ undan hazırlanmış çörəklərdən istifadə etməsələr daha yaxşı olar. Həmçinin bu, şəkərə və təzyiqə də təsir göstərə bilir. Amma qara unda bu fərqlidir. Qara un insana uzunmüddətli toxluq hissi verir. Həmçinin həzm sistemini yavaşladır, yəni həzm sistemi normal şəkildə tənzimlənir. Amma ağ unda belə deyil".

Ekspertin sözlərinə görə, insanların ən böyük problemlərindən biri qəbizlik xəstəliyindən əziyyət çəkməkdir:

"Yəni qəbizlik xəstəliyi bu gün bütün bədən orqanlarında özünü göstərə bilir. Ağ un qəbizliyə yol aça bilən amillərdən biridir. Amma qara unda isə bu, müşahidə olunmur. Lavaş və yaxud təndir çörəyi məsələsində, təbii ki, burada heç bir qatqı olmadan, təndirdə və yaxud sacda bişirilən çörək yağsız və sadə tərkiblidir. Tam buğda unundan bişirilmiş təndir-lavaş çörəyi həm ənənəvi dad verir, həm də qida dəyəri baxımından ən ideal variant sayılır".

Aytəkin TOFİQQIZI

Seçilən
5
1
redaktor.az

2Mənbələr