AZ

"Araz-Naxçıvan"ın futbolçusu Benin millisinə dəvət aldı

"Araz-Naxçıvan"ın üzvü Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.

Sportal.az xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq. Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.

Qeyd edək ki, braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.

saytlarin hazirlanmasi

Seçilən
15
11
sportal.az

10Mənbələr