Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Azərbaycan TexnikiUniversitetinin tərəfdaşlığı və “Bebras”ın Azərbaycan üzrə rəsmitəmsilçisi olan “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı ilə 18–24noyabr 2025-ci il tarixlərində informatika və rəqəmsal inkişafıntəbliğinə yönələn “Bebras” İnformatika və Alqoritmik DüşüncəMüsabiqəsi keçiriləcək.
Onlayn formatda təşkil olunacaq müsabiqədə respublikanın bütünümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak edəbilərlər. Yarışma zamanı şagirdlər 40 dəqiqə ərzində öz sinifsəviyyələrinə uyğun tapşırıqları yerinə yetirəcəklər. Tapşırıqlarşagirdlərin analitik düşünmə, məntiqi əlaqə qurma və problem həlletmə bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Hazırda müsabiqədə iştirak etmək üçün 1000-dən çox məktəbqeydiyyatdan keçib. Yeni qoşulan məktəblərin nümayəndələrininhazırlıqlarını dəstəkləmək məqsədilə “ÖzünÖyrən” onlayn təhsilplatformasında ödənişsiz “Bebras müsabiqəsində koordinatorluq” adlıxüsusi təlim kursu yaradılıb.
“Bebras” Həftəsi eyni zamanda yarışmanın seçim mərhələsifunksiyasını da daşıyır. Seçim mərhələsində uğur qazanan şagirdləryarımfinal və final mərhələlərində iştirak edəcəklər.
Sözügedən müsabiqənin keçirilməsində məqsəd heç birproqramlaşdırma bilikləri tələb etmədən şagirdləri informatika üzrəmaraqlı tapşırıqları həll etməyə yönəltmək, onların alqoritmik vəhesablama təfəkkürlərini inkişaf etdirməkdir.
Qeyd edək ki, Beynəlxalq “Bebras” İnformatika və AlqoritmikDüşüncə Yarışması ilk dəfə 2004-cü ildə Litvada keçirilib. Yüzminlərlə şagirdin iştirak etdiyi müsabiqə hazırda ABŞ, Almaniya,Fransa, Yaponiya, Türkiyə və digər ölkələr də daxil olmaqla 70-dənçox ölkədə keçirilir.
Azərbaycanda “Bebras” müsabiqəsi 2014-cü ildən etibarənkeçirilir. 2024-cü ildə yarışma 60-dan çox rayon və şəhəri, 376məktəbi əhatə edib və müsabiqədə ümumilikdə 17 564 şagird iştirakedib. Ən yüksək nəticə göstərən iştirakçılar ICPC Dünya Finalızamanı dəyərli hədiyyələrlə təltif olunublar.
Hazırda müsabiqəyə qeydiyyat davam edir. Daha ətraflı məlumat vəqeydiyyat üçün http://bebras.azveb-saytından istifadə etmək mümkündür.