Bakının məhəllələrində kiminsə binanın qarşısında zəncirlə, metal dirəklə özünə parklama yeri ayırması adi haldır. Doğrudur, qanun buna azı 60 ildir ki, icazə vermir. Lakin, nəzarət olmadığı üçün çoxları belə düşünür ki, elə bu cür də olmalıdır.
Avtosfer.az xəbər verir ki, Fransanın dəniz sahilində yerləşən kiçik Luare kommunasının sakinləri də 60 ildir mövcud olan qaydadan indi xəbər tutublar. Sən demə, kiminsə şəxsi maşınını öz evinin darvazası qarşısında parklaması qayda pozuntusu imiş!
Bələdiyyə polisi məsələ ilə bağlı sakinləri xəbərdarlıq etdikdə çoxları təəccüblənib. Onlar on illərdir öz qapılarında maşın saxladıqlarını dedikdə polis Yol Hərəkəti Məcəlləsini izah edib. Qanunun 417-ci maddəsinə görə nəqliyyat çıxışı üçün nəzərdə tutulmuş qapının qarşısında parklamaq olmaz. Qanunvericilik heç bir istisna yeri qoymur. Bundan əlavə, “Qapının qarşısında maşın saxlama” tipli elanların da yerləşdirilməsi qadağandır.
Bələdiyyə xəbərdarlıq edib ki, qapısının qarşısında maşın saxlamaq istəyənlər ya bələdiyyədən ayrıca icazə almalı, ya da avtomobili həyətdə, yaxud parkinq yerində saxlamalıdırlar.
Vüqar
