Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "Monetri" BOKT MMC-nin və onunvəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.
Trend bubarədə AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılancari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmişəmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinəqarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması iləəlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və598.1.5-ci maddələrinə əsasən “Monetri” BOKT MMC və onun vəzifəlişəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq50 000 manat və 10 000 manat məbləğində cərimə edilib”, - məlumatdavurğulanıb.