AZ

ABŞ Çin bazarını Rusiyanın əlindən çıxarmağa çalışır – Vaşinqtondan Pekinə təklif...


ABŞ Çinə Rusiya enerji mənbələrindən imtina etməyi təklif edib. Bu barədə açıqlama verən ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, Çin Rusiya enerji mənbələrindən asılılığını azaltmaq qərarına gələrsə, ABŞ bu boşluğu aradan qaldırmağa hazırdır.

"Rusiya neft tədarükünü yarıya endirsək belə, balanslaşdırılmış bazar mümkündür. ABŞ hazırda Rusiya və ya Səudiyyə Ərəbistanından 50 faiz daha çox neft istehsal edir" - deyə Rayt bildirib.

Çinin dünyanın ən böyük enerji idxalçısı, ABŞ-ın isə ən böyük ixracatçısı olduğunu qeyd edən nazir iki ölkə arasında qarşılıqlı faydalı razılaşmalar üçün əhəmiyyətli potensialın olduğunu bildirib.

TAHİR

Seçilən
30
baki-xeber.com

1Mənbələr