Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və onunla birgə mühakimə olunan Təranə Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, iş üzrə dəymiş zərər tam ödənildiyini üçün Vəfa Allahverdiyeva barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib. Onun barəsində cinayət işinə xitam verilib.
Digər təqsirləndirilən Təranə Bağırova isə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılan Vəfa Allahverdiyeva tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur.