Futbol üzrə Misli Premyer Liqasında X tura start verilib.
Publika.az xəbər verir ki, günün yeganə oyununda "Qarabağ" “İmişli” ilə qarşılaşıb. "Azərsun Arena"da keçirilən görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hər iki qol ikinci hissədə vurulub. Əvvəlcə 52-ci dəqiqədə Abdullah Zubir penalti zərbəsini dəqiq yerinə yetirib. Matçda son nöqtəni isə 82-ci dəqiqədə Emmanuel Addai vurub.
Bir oyun az keçirən “Qarabağ” bu qələbə ilə xallarını 20-yə çatdıraraq liderliyə yüksəlib. "İmişli" isə 12 xalla 8-ci sırada qalıb.