AZ

Tramp və Si görüşündə Tayvan məsələsi müzakirə olunmayıb

ABŞ və Çin arasında Tayvanla bağlı fikir ayrılıqları qalır...

Poliqon xəbər verir ki, Reuters Agentliyi AB prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin görüşü zamanı Tayvan məsələsinin ümumiyyətlə müzakirə edilmədiyini diqqətə çatdırıb. Agentliyin qiymətləndirməsinə görə, bu fakt Vaşinqton və Pekin arasında ada ilə bağlı mövqelərin hələ də barışmaz olaraq qaldığını göstərir.

Mənbənin qeyd etdiyinə görə, Tayvan məsələsinin gündəmdən tamamilə kənarda qalması, tərəflərin bu mövzuda kompromisə gəlmək niyyətində olmadığının göstəricisidir. ABŞ Tayvanın təhlükəsizliyini dəstəklədiyini açıq şəkildə bəyan edir, Çin isə adanı öz ərazisi hesab edir və hər hansı müstəqillik təşəbbüsünü “qırmızı xəttin keçilməsi” kimi qəbul edir.

Analitiklər bildirirlər ki, Tayvanla bağlı fikir ayrılığı Vaşinqton və Pekin münasibətlərində ən əsas gərginlik nöqtəsi olaraq qalır və bu istiqamətdə dialoqun olmaması gələcəkdə hərbi və diplomatik riskləri artırır.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr