AZ

Balakənin keçmiş icra başçısı həbs edildi


Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayev məhkəmə qarşısına çıxarılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə İslam Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb. Daha sonra o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

ZÜMRÜD

Seçilən
10
3
baki-xeber.com

10Mənbələr