Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun rifahı üzrə regional təcrübə direktoru Asad Alam və tanınmış iqtisadçı-alim Ufuk Akçiğit ilə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, dövlət qurumları və özəl sektorda səmərəliliyin yüksəldilməsi, eləcə də rəqəmsal transformasiyanın tətbiqi ilə innovativ iqtisadi artım modelləri istiqamətində geniş müzakirələr aparılıb.