AZ

ABŞ qaçqın qəbulunu kəskin azaldır: yalnız 7 500 nəfər qəbul ediləcək

Turkstan.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ rəhbərliyi 2026-cı maliyyə ilində ölkəyə qəbul ediləcək qaçqınların sayını 7 500 nəfərlə məhdudlaşdıracağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu, ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə hər il 125 000 nəfər olan kvotadan kəskin azalma deməkdir.

Rəsmi açıqlamada bildirilir ki, 2026-cı maliyyə ilində yalnız 7 500 qaçqın qəbul ediləcək və bu qərar “humanitar narahatlıqlar və milli maraqlar” əsasında əsaslandırılıb. ABŞ mediasının məlumatına görə, bu qaçqınların əksəriyyəti Cənubi Afrikadan gələcək, digər ölkələrdən isə çox az sayda qaçqın qəbul ediləcək.

Qərar ABŞ-ın rəsmi Qəzetində dərc olunaraq ictimaiyyətə açıqlanıb.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
icma.az

2Mənbələr