AZ

KİV: Ukraynanın Aİ-yə qəbul edilməsi 2026-cı ildə Aİ Şurasının prioriteti olacaq

KİV: Ukraynanın Aİ-yə qəbul edilməsi 2026-cı ildə Aİ Şurasının prioriteti olacaq

2026-cı il yanvarın 1-dən etibarən Kiprin sədrliyi dövründə Avropa İttifaqının müdafiə qabiliyyətinin gücləndirilməsi və Ukraynanın Aİ-yə üzvlüyü məsələsi Şuranın əsas fəaliyyət istiqamətləri olacaq.

AFN.az "EUobserver"ə istinadən xəbər verir ki, bu barədə Kipr Dövlət Miqrasiya və Beynəlxalq Müdafiə Komitəsi sədrinin müavini Nikolas İoannidis məlumat verib.

Onun sözlərinə görə, Kipr hazırkı Aİ prioritetlərini bölgə üçün aktual məsələlərin həlli ilə uzlaşdırmağı planlaşdırır. Xüsusilə Aralıq dənizi hövzəsindəki qonşu ölkələrlə əməkdaşlığın genişləndirilməsi və miqrantların öz ölkələrinə qaytarılması proqramlarının inkişafı nəzərdə tutulur.

İoannidis əlavə edib ki, Kipr diqqət yönəldəcəyi əsas təşəbbüslərdən biri kimi davamlı su təchizatı məsələsini müəyyənləşdirib. Son illərdə artan quraqlıqlar və səhralaşma təhlükəsi fonunda ölkə bu istiqamətdə ümumavropa tədbirlərinin koordinasiyasını təşviq etməyi planlaşdırır.

Ekspertlərin qiymətləndirməsinə görə, Kipr sədrliyi dövründə Aİ Şurasında 330 qanunvericilik təşəbbüsü müzakirə ediləcək və onların yarısı tamamilə yeni təkliflər olacaq.

Seçilən
27
afn.az

1Mənbələr