AZ

Moldovanın Vision Air aviaşirkəti Gürcüstana uçuşlara BAŞLAYIR

Moldovanın Vision Air aviaşirkəti Gürcüstana uçuşlara başlayır.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Moldovanın “Vision Air” aviaşirkəti noyabrın 2-dən etibarən Gürcüstana birbaşa uçuşlara start verəcək.

Yeni marşrut Kişinyov–Tbilisi–Kişinyov istiqamətində həyata keçiriləcək.

İlk mərhələdə reyslər həftədə bir dəfə – bazar günləri yerinə yetiriləcək. Noyabrın 13-dən etibarən uçuşların sayı iki dəfəyə (bazar, cümə axşamı), dekabrın 16-dan isə üç dəfəyə (çərşənbə axşamı, cümə axşamı, bazar) artırılacaq.

Hazırda Moldova ilə Gürcüstan arasında uçuşları yalnız FLYONE aviaşirkəti həyata keçirir.

“Vision Air”in bazara daxil olması istiqamətdə rəqabəti gücləndirəcək və sərnişinlərə daha çox seçim imkanı yaradacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
interpress.az

1Mənbələr