AZ

ABŞ və Sinqapur Rusiya və İran neftinin idxalının dayandırılmasını müzakirə edib

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ maliyyə naziri Skott Bessent Sinqapurun Baş naziri Lorens Vonqla görüşünün mövzularından birinin Rusiya və İran neftinin idxalının dayandırılması olduğunu açıqlayıb.

Gununsesi.info Bessentin sosial şəbəkə paylaşımına istinadən xəbər verir ki, görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumu çərçivəsində baş tutub.

Bessentin sözlərinə görə, tərəflər ABŞ dollarına bağlı rəqəmsal aktivlərin və stabilkoinlərin istifadəsinin genişləndirilməsi də daxil olmaqla, əsas qlobal iqtisadi prioritetləri müzakirə ediblər.

Amerikalı nazir region ölkələrinin Rusiya və İrandan neft tədarükündən asılılığının azaldılması, eləcə də ABŞ aktivlərinə onların davam etməkdə olan kapital axınının qarşısının alınması üçün birgə səylərin vacibliyini vurğulayıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
icma.az

1Mənbələr