AZ

Azərbaycan Rusiya məhsullarının öz ərazisindən Ermənistana tranzitinə icazə verib

Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan ərazisindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib.

FED.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib. Onun sözlərinə görə, Rusiya Dəmir Yolları (RJD) və onun regional həmkarları hazırda Rusiya mallarının Azərbaycan üzərindən Ermənistana tranzitinin təşkili üzərində işləyirlər.

“Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan üzərindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib. Rusiya Dəmir Yolları hazırda regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir. Biz həmçinin bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik”, – Overçuk qeyd edib. 

Seçilən
12
24
fed.az

10Mənbələr