Güclü yağışdan sonra Nyu-Yorkda yolları su basıb.
Bu haqda “SHOT” məlumat yayıb.
“Yerli KİV-in məlumatına görə, güclü yağışlar nəticəsində şəhərin küçələri və metroları su altında qalıb. Bəziləri sözün əsl mənasında yollardan keçərkən üzməyə məcbur olub. 1500-ə yaxın yerli sakin işıqsız qalıb. Qasırğa nəticəsində iki nəfər ölüb”, - nəşr yazır.
“Cebheinfo.az”