AZ

“Ziyalı Ocağı” İctimai Birliyi “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsinin icrasını yekunlaşdırdı

 

 

Oktyabr ayının 31-də “Ziyalı Ocağı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsinin icrasını müvəffəqiyyətlə yekunlaşdırıb.

Layihə rəhbəri İlahə Əliyeva layihə ilə əlaqədar olaraq bildirib ki,  həyata keçirdiyimiz layihənin əsas məqsədi xalqımıza, ölkəmizə qarşı təxribatçı qüvvələrin apardığı ideoloji hücumların qarşısının alınması üçün ardıcıl təbliğatın aparılması, milli dəyərlər sisteminə yönəlik əks təsirlər qarşısında səddin çəkilməsi, milli kimliyimizin qorunması idi.

Uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi mənəvi dəyərlərimizin, xalqımıza məxsus ailə modelinin mühafizəsi deməkdir. Bəşəri ideyalar çərçivəsində formalaşan milli dəyərlərimiz müasir gəncliyin timsalında əmin əllərə tapşırılmalıdır”.

Layihə rəhbəri qeyd edib ki, “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi məqsədilə layihə çərçivəsində 6 məqalə yazılıb, 3 seminar keçirilib.

Layihə çərçivəsində Bakı, Sumqayıt, Xırdalan şəhər tam orta məktəblərində uşaqlar və gənclər arasında maarifləndirici seminarlar təşkil olunub. Keçirdiyimiz seminarlara layihə rəhbəri, ekspert, jurnalist, təşkilatçılarla birgə aidiyyatı məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, müəllimlər, eləcə də çoxsaylı şagird kontingenti qatılıb. Təkcə keçirilən seminarlarda üst-üstə 350-dən çox şagird iştirak edib. Bu seminarlarda uşaq və gənclərin maarifləndirmə səviyyəsini artırmaq məqsədilə internetdən, sosial şəbəkələrdən düzgün və faydalı istifadə qaydaları və üsulları təklif olunub. Uşaqlara və gənclərə sosial şəbəkələrdə və müxtəlif platformalarda aparılan məqsədli, zərərli və zəhərli təsirlər və onların həll yolları haqqında ətraflı məlumatlar təqdim edilib.

Ekspertin şagirdləri aktiv iştiraka, interaktiv müzakirələrə, qarşılıqlı mükalimələrə dəvəti seminarları daha da canlandırırdı. Müvəffəqiyyətlə öz işini başa vuran layihənin cəmiyyətimizə faydalı olduğuna əminəm. Ümidvaram ki, bu mövzu aktual olduğu üçün yeni-yeni layihələr ardıcıllığı təmin edəcəkdir”.

Məlumat üçün bildirək ki, layihənin keçirilmə müddəti sentyabr və oktyabr aylarını əhatə edib.

 

Seçilən
39
sabahinfo.az

1Mənbələr