AZ

"MY" və "Real Madrid" arasında futbolçu mübadiləsi baş tuta bilər

"Mançester Yunayted" və "Real Madrid" arasında gözlənilməz mübadilə planı baş tuta bilər.

90deqiqe.Az “Defensa Central”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Kobbi Maynunu Madrid klubuna göndərmək, əvəzində isə gənc braziliyalı forvard Endriki icarəyə götürmək variantını nəzərdən keçirir.

Lakin xəbər verilir ki, Endrik “Real”dan “Lion”a keçməyə daha çox maraq göstərir. Üstəlik, Madrid klubu hazırda Maynunu heyətinə qatmaq niyyətində deyil.

Bu mövsüm Endrik “Real”ın heyətində hələ bir dəqiqə belə oynamayıb. Kobbi Maynu isə “Mançester Yunayted”də 8 oyuna çıxaraq bir məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
28
90deqiqe.az

1Mənbələr