AZ

"Məktəb “nazla oynanan yer” deyil" - Ekspertdən "qırmızı kart" açıqlaması

"Məktəblərdə şagirdlərin davranışlarına görə yaşıl, sarı və qırmızı virtual kart tətbiqi ilk baxışda sərt görünsə də, pedaqoji baxımdan əsaslandırılmış və düzgün addımdır".

"Unikal" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

"Bu sistem dünyanın bir çox ölkəsində “PBIS – Positive Behavioral Interventions and Supports” modeli kimi uğurla işləyir. Məqsəd uşağı cəzalandırmaq deyil, davranışının nəticəsini dərk etməsinə, məsuliyyət hissi və özünüidarə bacarığı formalaşdırmasına şərait yaratmaqdır.

Əgər kart sistemi emosional yox, pedaqoji məqsədlə tətbiq edilirsə, bu, intizamı qorumağın sağlam və müasir üsuludur. Qırmızı kart “cəzalandırma” yox, “siqnal”dır — uşağa düzəliş fürsəti verir. Əsas məsələ onun alçaldıcı yox, təlim xarakterli tətbiqidir. Məktəb psixoloqları və müəllimlər birgə işlədikdə, bu sistem uşaqlarda empati, sosial məsuliyyət və davranış mədəniyyətini inkişaf etdirir.

Məktəb nizam və qaydaların formalaşdığı məkandır, “nazla oynanan yer” deyil. Uşaq artıq ibtidai sinifdən başa düşməlidir ki, hər davranışın nəticəsi var. Odur ki, bu yanaşma doğrudur, faydalıdır və müasir təlim fəlsəfəsinə tam uyğundur", - deyə K.Əliyev qeyd edib. 

Xatırladaq ki, məsələ Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 3 №-li tam orta məktəbdə şagirdlərin davranış və dərs nailiyyətlərinin sarı, qırmızı və yaşıl kartlarla qiymətləndirilməsi ilə bağlı valideynlərin kütləvi narazılığından sonra aktuallaşıb. Valideynlər bunun uşaqlarının psixologiyasına mənfi təsir etdiyini iddia ediblər. 

Məsələni "Qafqazinfo" saytı ictimailəşdirib. 

Seçilən
17
9
unikal.az

10Mənbələr