AZ

Qərb eksperti: “Poseydon” Rusiyanın ən qorxulu silahıdır

Rusiyanın “Poseydon” adlı pilotsuz sualtı aparatı gözlənildiyindən daha təhlükəli hesab olunur.

Editor.az xəbər verir ki, Bu barədə hərbi ekspert Brendon C. Vayxert The National Interest jurnalında dərc olunan məqaləsində bildirib.

Ekspertin sözlərinə görə, Moskva bu silahın imkanlarını şişirtsə belə, “Poseydon” tamamilə yeni tip strateji silah sayılır. O qeyd edib ki, aparat həm nüvə enerji qurğusu ilə təchiz olunub, həm də pilotsuz şəkildə fəaliyyət göstərir ki, bu da onu ələ keçirməyi son dərəcə çətinləşdirir.

Vayxert əlavə edib ki, “Poseydon”un dövriyyəyə buraxılması təkcə dəniz müdafiəsini deyil, həm də beynəlxalq silah nəzarəti sazişlərini daha mürəkkəb vəziyyətə salır.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr