"Qarabağ" Premyer Liqanın X turunda "İmişli"yə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, "Azərsun Arena"da keçirilən qarşılaşma Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə bitib.
Qolları Abdullah Zubir (52) və Emanuel Addai (82) vurublar.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 20 xalla birinci pillədə qərarlaşıb. "İmişli" 12 xalla yeddincidir.