
ABŞ Müdafiə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərən Federal Mülki Aviasiya İdarəsi Puerto-Rikonun Seyba şəhərinin cənub-şərq sahilləri üzərində uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edib.
AFN.az xəbər verir ki, bu barədə Defence Blog məlumat yayıb.
Qeyd olunur ki, bu ərazidə yalnız Müdafiə Nazirliyinin layihəsində iştirak edən hava vasitələrinin uçuşuna icazə veriləcək.
Məhdudiyyət 2025-ci il 1 noyabr tarixindən qüvvəyə minəcək və 2026-cı il 31 martadək davam edəcək.
Qərar ABŞ-ın Karib hövzəsində artan hərbi fəallığı və Venesuela ilə münasibətlərdə gərginliyin yüksəlməsi fonunda qəbul olunub.