AZ

Milyarderlər restoranda hamının hesabını ödədilər — səhmlər bahalaşdı

Seulda yerləşən restoranda “Nvidia”, “Samsung” və “Hyundai” şirkətlərinin rəhbərləri arasında keçirilən nahar Koreya birjasında gözlənilməz təsir yaradıb.

Musavat.com xəbər verir ki, görüşdən sonra toyuq istehsal edən şirkətlərin səhmləri bahalaşıb. Yerli KİV-lərin məlumatına görə, “Samsung” və “Hyundai” rəhbərləri həmin restoranda olan bütün müştərilərin hesablarını ödəyiblər. Ümumi məbləğin 1750 ABŞ dolları təşkil etdiyi bildirilir.

Analitiklərin fikrincə, bu hadisə ictimai diqqət çəkərək Koreya qida sənayesinə, xüsusən toyuq məhsulları istehsalçılarına marağı artırıb.

 

Musavat.com

Seçilən
22
3
musavat.com

5Mənbələr