İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ölkəsi ilə Azərbaycan arasında yeni tranzit əlaqələrindən danışıb.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
"İndi sərhəddən baxsanız, yük maşınları və avtobusların hərəkət etdiyini görərsiniz. Eyni zamanda, yeni imkanlar yaratmaq üçün İranda da oxşar tikinti işləri aparılır. Önümüzdəki aylarda yeni Ağbənd-Kəlalə keçid məntəqəsi açılacaq ki, bu da iqtisadi əlaqələrimiz, o cümlədən nəqliyyat və tranzit sahəsində yeni imkanlar açacaq", - diplomat Zəngilana səfəri zamanı bildirib.