AZ

ÜST-dən meymunçiçəyi ilə bağlı - Xəbərdarlıq

Meymunçiçəyi virusunun bütün alt növlərinin dövriyyədə qalmaqda davam etdiyi ilə bağlı xəbərdarlıq edilib.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında qeyd olunub.

ÜST xəbərdarlıq edib ki, epidemiya qısa müddətdə nəzarət altına alınmazsa, virusun yayılması davam edə bilər.

Hesabatda həmçinin “clade 1b” variantının Afrikadan kənara yayıldığı vurğulanıb.

Məlumata görə, İtaliya, Malayziya, Hollandiya, Portuqaliya, İspaniya və ABŞ-də son zamanlar səyahət etməmiş şəxslərdə “Mpox” virusunun “clade 1b” variantına yoluxma halları təsdiqlənib.

2025-ci ilin sentyabr ayına olan statistikaya əsasən, 42 ölkədə ümumilikdə 3 135 yoluxma və 12 ölüm halı qeydə alınıb. Yoluxmaların 80 faizindən çoxu Afrika bölgəsində aşkarlanıb.

Son 6 həftə ərzində virusun aktiv olduğu 17 Afrika ölkəsində 2 862 yoluxma və 17 ölüm faktı təsdiqlənib.

Seçilən
3
11
anews.az

10Mənbələr