
ABŞ prezidenti Donald Tramp ölkənin yenidən yeraltı nüvə sınaqlarına başlaya biləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, “bunun detalları çox tezliklə açıqlanacaq.”
Missiya.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Tramp bu həftə öz "Truth Social" üzərindən paylaşım edərək ABŞ-ın “nüvə silahı proqramı olan digər dövlətlərlə bərabər şərtlərdə” sınaqlar keçirəcəyini bəyan edib. Onun sözlərinə görə, bu proses “dərhal başlayacaq.
ABŞ Senatının kəşfiyyat komitəsinin sədri Tom Kottun isə dəqiqləşdirib ki, söhbət “kiçik miqyaslı, nəzarətli yeraltı partlayışlardan” gedir.
Prezident jurnalistlərin əlavə suallarına cavab olaraq yalnız belə deyib: “Çox tezliklə hər şeyi biləcəksiniz.”