AZ

Mbappe ardıcıl ikinci dəfə La Liqada ayın oyunçusu seçildi


“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya La Liqasında oktyabr ayının ən yaxşı oyunçusu seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, bu ay fransalı futbolçu La Liqada üç matçda iştirak edib, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Xatırladaq ki, Mbappe sentyabrda da ən yaxşı oyunçu seçilmişdi. “Real Madrid” forvardı həmin ay 4 oyun keçirib, 5 qol vurub və məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 180 milyon avrodur.
Seçilən
35
1
yeniavaz.com

2Mənbələr