AZ

Qalatasaray Milanın ulduzunu heyətinə qatmaq istəyir

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Qalatasaray” “Milan”ın müdafiəçisi Straxinya Pavloviçi heyətinə qatmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, "Sarı-qırmızılı" klub serbiyalı futbolçu üçün danışıqlara başlamağa hazırlaşır.

Yağız Sabuncuoğlunun məlumatına görə, “Milan” Pavloviç üçün 20 milyon avro tələb edir. Halbuki futbolçunun hazırkı bazar dəyəri təxminən 18 milyon avrodur. “Qalatasaray” rəhbərliyi transferin reallaşması üçün şərtləri qiymətləndirir və alternativ maliyyə modelləri üzərində işləyir.

Pavloviç bu mövsüm İtaliya klubunun heyətində stabil çıxışı ilə diqqət çəkib. Gənc futbolçu həm müdafiədə etibarlılığı, həm də oyuna qoşulma bacarığı ilə fərqlənir. “Qalatasaray” rəhbərliyi onu uzunmüddətli layihə üçün ideal seçim hesab edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
4
bakivaxti.az

7Mənbələr