AZ

“7-8 həftə meydana çıxmayacaq, biz onu səbrlə gözləyəcəyik”

“Real”ın baş məşqçisi Xabi Alonso komandanın kapitanı Dani Karvahalın bərpa prosesi ilə bağlı məlumat verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Karvahalı səbrlə gözləyəcəklərini bildirib:

“Dani Karvahal təxminən 7-8 həftə meydana çıxmayacaq. Biz onu səbrlə gözləyəcəyik”.

33 yaşlı müdafiəçi diz oynağındakı problemlər səbəbindən əməliyyat olunub və hazırda sağalma mərhələsindədir. O, cari mövsümdə bütün turnirlərdə “Real”ın heyətində 8 oyunda iştirak edib.

“Real” növbəti oyununu noyabrın 1-də, “Valensiya”ya qarşı keçirəcək. Komanda hazırda 27 xalla La Liqada turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Seçilən
3
1
sportinfo.az

2Mənbələr