Rusiyada avtomobil kreditlərinin verilməsi kəskin şəkildə azalıb.
Musavat.com xəbər verir ki, cari ilin ilk doqquz ayı ərzində ölkədə verilən avtokreditlərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45,5 faiz azalıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Ən çox kreditləşmə ənənəvi olaraq Moskva, Moskva vilayəti, Sankt-Peterburq, Tatarıstan və Krasnodar diyarında qeydə alınıb. Lakin məhz bu regionlar eyni zamanda kreditlərdən imtina hallarının sayına görə də siyahının başında yer alıb.
Mütəxəssislərin fikrincə, bu azalma bir neçə amillə bağlıdır: bazar faizlərinin artması, utilizasiya rüsumlarının yüksəlməsi və 2024-cü ilin ortalarından etibarən borc yükü yüksək olan vətəndaşlar üçün tətbiq edilən yeni məhdudiyyətlər.
Ekspertlər hesab edirlər ki, bu tendensiya avtomobil bazarının ümumi durğunluğunu dərinləşdirə və yeni avtomobil satışlarına mənfi təsir göstərə bilər.
Musavat.com